Rustəm Behrudi : - AVQUSTDA QAR

Ədəbiyyat 08:09 / 24.09.2024 Baxış sayı: 935

 

Bakıda avqustda

Pəncərəmi qar döyür,

Qar döyür bürəm-bürəm;

Və mən

Heç kim bilmədən

Yavaş-yavaş ölürəm…

Gecədi, bir də mən.

Mən lal, gecə səssiz

Divardakı ,ayrılığa qurulmuş

Kəfkirli saatın

Arsız səsi gəlir ancaq…

Gecəni basdım bağrıma,

Görən , sabaha

Kim sağ çıxacaq?!