Elnur Uğur Abdiyev : - Sən yoxsansa...

Ədəbiyyat 10:36 / 26.09.2024 Baxış sayı: 419

Sən yoxsansa,

İndiki zamanda hər şey keçmişdi,

Keçmişə nisbətən indi o qədər də pis deyil.

Adam sevdiyi zaman,

Gələcəkdi.

Bu dünyada gələcək sözü qədər

Xoşbəxt söz yoxdur lüğətlərdə.

Məsələn

Gözləyirsən indilərdə gələcək,

Ümidlə gözləmək

Ayrı zövqdür.

Gözləyəndə gözümüzdə ən xırda bir şey də böyüyür.

İndi indiki zamandı,

Keçmişə qayıdıram,

Sabah gələcək olanı gözləyirəm

Xatirələrin səkisində.

Mənimçün sən gələcək zamansan,sevdiyim,

Sağ ol,gəlsən də,gəlməsən də.