Fərhad Tapdıqoğlu- Xeyir işə qol qoydular
( hekayə)
Fərman ağlı kəsəndən atasının boş- bekar dayandığını görməmişdi.
Atası Qaçay kişi qonşu kənddən axan böyük çaydan ayrılan qol-la gələn su ilə bağı,bostanı suvarırdı.Əsas işi isə tut,qoz ağaclarının qol-budaqlarından kəsib,araba qol-ları,pilləkən tutacaqları ( qol-ları) ,şeytan,göyrüş, söyüd ağaclarından isə dəryaz,balta,bel sapları ( qol-ları) hazırlamaqdı.
O kəsdiyi qol-budaqlardan yarayanları əvvəlcə odda ütür,sonra isə şüşə qırığı ilə yontalayıb,hazır edır,dəyər-dəyməzinə satırdı.
...Fərman orta məktəbi bitirəndən sonra atasının topladığı qəpik-quruşla özünə bir qol saatı da aldı.
Sumqayıta gələrək ,texnikumların birinə qəbul olub,oxuyub ,oranı bitirdi və təyinatla zavodların birinə gəldi.Əvvəlcə usta köməkçisi, bir müddət sonra isə usta işlədi.Dəb ilə geyinirdi Fərman.Klyoş( trapes) şalvar,"pritalnı" köynək ...
Kənddə olanda uzun qol-lu irbaşkanın qol-larını qadtıyıb ,cırmalayardı.İndi isə başqa gənclər kimi mağazadan aldığı qısa-qol urbaşkanı dərziyə aparıb "vıtıçka"( köynəyin arxa hissəsinin iç qatını tikiş maşını ilə daraltma) elətdirirdi.Uzun saçları,az qala çənəsinə çatan bakkenbartları vardı...
Həmyaşıdları ilə futbol da oynayırdı Fərman.O illər dəbdə olan bir mahnını tez-tez zümzümə edərdi:
" Gəl girək qol-qol-a,
Biz gedək futbola,
Topu vuraq qol-a,
Olsun "qol"..."
Azarkeşlik etdiyi komanda rəqibin qoruduğu qapıya top vuranda "Qooll" deyə qışqırır,hərdən hətta sevincindən qol qaldırıb ,oynayırdı.
Uşaq vaxtı tut ağacından yıxılıb,qol-unu sındırdığına baxmayaraq ,qorxmadan qoşa qol-lu turniklərdə çevik idman hərəkətlərini uğurla yerinə yetirirdi.
Bir dəfə özü demiş "bir dılğır gədə" əl-qol atmışdı Fərmana.O,təbii ki,həmin dılğırın qol-unu burub kürəyinə qatlamışdı.
( "Əl-qol-la" danışanları indi də sevmir Fərman ).
...Zavodda işləyəndə Nərminə adlı bir qızı bəyəndi,sevdi.Həmin qıza Aşıq Ələsgərin qoşma,gəraylılarından da deyərdi:
"İstər dara çəkdir,istər qul eylə,
Qoymuşam əmrinə qol,incimərəm"
Nərminə ilk günlər Fərmana naz edirdi,o zaman "sınıb qol-qanadı yanına düşürdü"...))
Fərman maaşından pul toplayıb,Nərminəyə qızıl barmaqçıl da,qızıl qol saatı da,qızıl qol-baq da aldı.
Toyları kənddə oldu.
Kəndliləri,dostları,"qol-qanadları " olan qohumlarının hesabına Fərmanın toyu gözəl keçdi.Dayısı oğlu sürücü Hikmət sözlərin "qol-qıçını " sındıra-sındıra hətta sağlıq da dedi,"Tormoz Hüseyn"ə oynadı da...
Hikmətin maşını "xoda" getməyəndə ,Fərman onun "Qaz-51"-ni o qədər montirovka ilə xodduyub ki...
( Hikmət maşın sürəndə sol qol-unu kabinənin pəncərəsindən bayıra çıxarardı)
...Fərman təhsilini ail məktəbdə davam etdirmək üçün sənədlərini insitututa verdi.İmtahanları müvəffəqiyyətlə verib axşam şöbəsinə qəbul olundu.
...Artıq Fərmanın Səməd adında bir oğlu vardı.
Fərman qrup yoldaşlarından təxminən on yaş böyük idi.
Bir dəfə "Ümumi fizika kursu"ndan mühazirədə professor auditoriyaya bir sual verdi:
---Kim deyər "Qol-fistrim cərəyanı " nədir?
Yüz nəfər tələbədən( dörd qrup bir yerdə "potok" idi) yalnız Fərman əlini qaldırıb,suala doğru cavab verdi.
O zamandan Fərmanın müəllim və tələbələr arasında hörməti artmağa başladı .
...Bir dəfə Səmayə adlı bir tələbə qızın qol-fisi partanın aşağı hissəsinə ilişmişdi.Səmayə az qala yıxılacaqdı.Fərman onun qol-undan tutub,yıxılmağa qoymadı.Səmayə qızardı.
O gündən Səmayə Fərmanla rastlaşanda qeyri -adi hisslər keçirir,rəngi allanırdı.
Fərmanın kitablarının birinə Səmayə bir bənd şeir də yazmışdı:
"....kəndi bizimdir,
Hər tərəfi üzümdür.
Məktub yazan Səmayə ,
İndi növbə suzindir"
Fərman ona cavab yazmadı.Gənc qızın ailəli kişiyə yazmağı ona qəribə gəldi.
Qısa bir müddətdən sonra Fərman müəssisənin göndərişi ilə başqa ali məktəbdə təhsilini davam etdirdi.Səmayəni sadəcə bir neçə dəfə xatırlamışdı.
İnsititutu bitirəndən sonra zavod rəhbərliyi Fərmanı şöbələrin birinə rəis təyin etdi.
Çox sadə,səmimi insan olan Fərman müəllim,kabinetdə az oturardı.
Hətta bəzi sənədləri ona təqdim edəndə ,elə zavodun ərazisində oxuyub,qol-layırdı...
...Evində olan"Qol-star" soyuducusu,televizorlarından belə bütün ev əşyalarını,ləvazimatlarını həyat yoldaşı seçib almışdı.
... Fərman ümumən indiki gənclərdən razıdır.Amma qız-oğlanın küçədə qol-boyun gəzmələrini heç bəyənmir.
...Artıq oğlu Səməd də ali təhsillidir,qol-f oyununu çox sevir.Qol idmanı ilə də məşğul olur.Qol əzələlərini şişirdib.Ailəliidir Səməd.Valideynlərindən ayrı yaşayır,öz evi var.
Fərmanın qızı Reyhan oğlu Səməddən yeddi yaş kiçikdir, həkimdir.
Həə,bu gün də Fərman müəllimlə Nərminə xanlmın qızları Reyhana elçi gəlir.
... Artıq təqaüddə olan Fərman kişinin son vaxtlar qol-unda sinir ağrıları olur.
Qızı onu özü müalicə edir.
Reyhan atasının qol-una sistem qoşdu.
Sistemdən sonra Fərman kişi əlinə bir ağ vərəq alıb,qələm götürüb ,yazmağa başladı:
"Yıxılanın qol-undan tutub qaldırmaq insanlıq borcudur.Fərq eləməz: özü yıxılıb,kimsə yıxıb,yaxud sən yıxmısan".
"Qol-u zorlular ( güclülər) ağlı zor olanlara müvəqqəti üstün gələ bilərlər.Amma sonda ağıl qarşısında uduzarlar"
Nərminə xanım həyat yoldaşını səslədi:
--Ay kişi neynirsən orda?
Fərman kişi:
--Bir neçə fəlsəfi fikir düşündüm,onu yazlram- dedi.
--Ay Fərman ,bir azdan oğlan evinin qadınları gələcək.Dur,dur ayağa.
--Yaxşı- deyib xanımının yanına getdi.
Fərman:
--Ay Nərminə. Allah qoysa hər şey yaxşı olar .Gələcək kürəkənimiz də həkimdir.Hər ikisi də Bakıda işləyir-dedi.
...Oğlan evindən bir neçə xanım tanışlıq üçün gəldilər.Bu zaman Fərman kişi həyətdə gəzişirdi.
Qadınları görüb uzaqlaşanda,gözü gələnlər arasında bir xanıma sataşdı.O idi,yüz faiz o idi.
Qadınlar razılıq alıb gedəndə oğlanın anası Fərmana yaxınlaşdı.
--Qohumluğumuz mübarəkdir -dedi.Səmayə xanımln yanaqları otuz il əvvəl olduğu kimi allandı...
Oğluna da Fərman adını qoymuşdu Səmayə xanım.Fərmanla Nərminənin qızları Reyhanı sevən oğluna....
...Geniş tərkibdə elçilik oldu.
Valideynlər bu xeyir işə qol qoydular.
...Gözəl nişan mərasimi "Qol-d palase"ın banket zalında ,toy isə "Vip "
zalında keçirildi...