Əşrəf Veysəlli - OLMAYIB
Mən görüş təşnəsi, vüsal düşkünü,
Onsuz yaşadığlm bir gün olmayıb.
Heç kəs mənim kimi onun eşqinin
Soyuq Sibirinə sürgün olmayıb.
Bəşərə örnəkdir əzabı Türkün,
Göydəki şimşəkdi qəzəbi Türkün.
Görən doğrudanmı əsəbi Türkün
Heç zaman bu qədər gərgin olmayıb?!
Bu Qazax, bu Özbək, bu Hun , bu Tatar,..
Gah yallı oynayar, gah qurşaq tutar.
Əl ver!— Görsünlər ki,
dünya bu qədər,
İndiki biçimdə TÜRKÜN olmayıb!..
2017 - ci il.