"Çeşmə" Ədəbi Məslusinin  növbəti  qonağı  "Divan" müəllifi oldu

MƏDƏNİYYƏT 22:13 / 27.12.2025 Baxış sayı: 8643

Dekabr ayının 27-də "Çeşmə" Ədəbi Məclisinin növbəti yığıncağı Dədə Ələsgərin adını daşıyan bir yerdə, onun ruhu gəzən məkanda keçirildi.

Tədbiri giriş sözü ilə "Çeşmə" Ədəbi Məclisinin sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, tanınmış şair- qəzəlxan Lilpar Cəmşidqızı açdı. O, tədbirdə iştirak edən qonaqları salamladıqdan sonra sözü Azərbaycan Yazıçılar Birliyininin üzvü, tanınmış bəstəkar, bir "Divan" müəllifi, ustad şair Hüseyn Sözlüyə verdi.

Hüseyn Sözlü məclisə xeyir-duasını verdikdən sonra, belə məclislərin gənc şairlərin inkişafında xüsusi əhəmiyyət daşıyacağından danışdı, şeirlərindən vəqəzəllərindən bir neçəsini səsləndirdi. Əslən Qarabağın dilbər güşəsi olan Ağdamda doğulub, böyüyən Vahid Çəmənliyə söz verildi. O da "Çeşmə"nin əhəmiyyətindən danışıb, şeirlərindən və qəzəllərindən bir neçəsini səsləndirdi.

Sonra söz şairə Ziyafət Tovuzluya verildi. Ziyafət  xanım da "Çeşmə" Ədəbi Məslusinin gənclərin inkişafında, formalaşmasında çox böyük əhəmiyyət daşıyacağını qeyd edib, məclis rəhbərinə gələcək işlərində uğurlar arzuladı, tədbirə dəvət olunduğu üçün təşəkkürünü bildirdi və axırda şeirlərindən bir neçəsini səsləndirdi.

Məclisdə "Xarı Bülbül" jurnalının təsisçisi, yazıçı Cəmafər Əliyeva da iştirak edirdi. Şairlərin səsləndirdiyi şeirləi ilə  daha  da  maraqlı  keçən    Ədəbi Məclis uğurla  elə  böyük  uğurla da

başa çatdırıldı. Sonda "Çeşmə" Ədəbi Məclisinin sədri Lilpar Cəmşidqızı məclisin keçirilməsində göstərdiyi qayğı və dəstəyə görə “Şahənşah” restoranının rəhbəri Rəşid Süleymanova və Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərliyə öz adından minnətdarlığını ünvanladı və iştirakçılar adından təşəkkürünü bildirdi. Növbəti görüşü keçirmək ümidi ilə məclis iştirakçıları görüş yerindən ayrıldılar.