Yadigar Təvəkgül - Olar

Ədəbiyyat 10:26 / 06.01.2026 Baxış sayı: 1273

Bilməz idim eşq bu qədər hicran olar dərd -qəm olar,

Artırar qəlb yükünü gözləri hər dəm nəm olar.

 

Dedilər sevgi müsibət inanmadım sözdü dedim,

Nə biləydim mən sevərəm könlümə hicran cəm olar.

 

Sındırar qolun qanadın ruhunun evin dağıdar,

Səmasını azad edər uçmağa qanad kəm olar.

 

Yığar çiyninə yükünü içirər qəmin badəsin,

Həyatın dönər sərxoşa dünya gözündə dəm olar.

 

Bilməzdim məhəbbətin, darıxmaq adlı odu var ,

Sevən aşiqi hər zaman od,alovla həmdəm olar.

 

Heç gözünü qorxutmasın haqqa çatan yoldur bu eşq

Dağdıda ay Yadigar, başında dumanı cəm olar.