Zəka Vilayətoğlu - YERİNDƏ
Ürəkmidir, sənmisən,
Sinəmin sol yerində?
Əcəb yuvalanmısan,
Sevginin bol yerində!
Tanrını qəlbində bul,
Mənəm ona sadiq qul,
Bitiribdir gülü gül,
Kolu da kol yerində!
Sevgi bənzər silaha,
Hey vurar sol cinaha,
Qəfil uçub getmə, ha,
Hər zaman ol, yerində!