Adilə Nəzər - SƏBƏBLƏR VƏ NƏTİCƏLƏR

Ədəbiyyat 15:44 / 06.01.2026 Baxış sayı: 1184

 

Sükut olmasa söz yaranmazdı,

gecə olmasa ulduz tanınmazdı.

Külək toxunmasa yarpağa,

təbiət danışmağı öyrənməzdi.

Sınaq olmasa inam bərkiməzdi,

yanılmaq olmasa doğru tapılmazdı.

Həsrət çəkməsə ürək

dua dilə gəlməzdi.

Yanmasa içimizdə bir köz,

sevginin adı tapılmazdı.

Ümid üzülməsə xatirələr ağrıtmazdı,

ağrı olmasa insan dərinləşməzdi.

Yıxılmasaq qalxmağı bilməzdik,

itirməsəydik olana şükr etməzdik.

Və əgər son olmasaydı,

başlanğıclar bu qədər qiymətli olmazdı.

 06.01.2026