Bir azərbaycanlı da Ukraynada həlak oldu - FOTO

DÜNYA 09:39 / 28.06.2024 Baxış sayı: 725

Daha bir azərbaycanlı Ukraynada gedən döyüşlərdə həlak olub.

Yenises.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, əslən Biləsuvar rayonundan olan 1975-ci il təvəllüdlü Nəhmədov Xalıq Fəzail oğlu Rusiya vətəndaşı olub.

X. Nəhmədov 20 il Rostov şəhərində yaşayıb. O, burada ticarətlə məşğul olub. Son 1 ildə isə orduya çağırılmışdı.

Ailəli idi, iki övladı var.