Tacikistanda hicab taxmaq rəsmi olaraq  qadağan edildi...

DÜNYA 22:13 / 21.06.2024 Baxış sayı: 5181

Tacikistanda "satr" və "hicab" kimi yad geyimlərin istifadə olunması qadağan edildi. Bu barədə prezident İmomali Raxmonun imzaladığı 35 qanunun içərisində bu qanun da yer alıb.

 Tacikistan prezidenti, həmçinin şənliklərin və adəd-ənənələrin qaydaya salınması, uşaqların təhsil alması və tərbiyəsində məsuliyyəti, həmçinin ənənəvi müsəlman bayramlarında israfçılığa yol verilməməsi və uşaqların iştirakının məhdudlaşdırılması barədə də qanunları imzalayıb.

 Milli geyimlərlə bağlı məsələni, Tacikistan prezidenti  hələ mart ayında, din xadimləriylə keçirilən görüşdə səsləndirilmişdi. İmomali Raxmon bu görüşdə qeyd etmişdir ki, milli geyimlər keçmişin mənəvi dəyərini tərənnüm edir və milləti geyiminə görə fərqləndirir və tanıdır. 

 Tacikistan prezidenti vurğulayır ki, tacik geyimləri YUNESKO tərəfindən tanınıb: "Biz, bizim mədəniyyətimizə cavab verməyən yad adətlərdən, dini geyimlərdən qaçmalıyıq".