Mehriban Əliyeva azərbaycanlı şahmatçını təbrik etdi - FOTO
![](/uploads/img/posts/2024/04/29/1682658637_mehribanaliyevajpg-1714416225.jpg)
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyevanı Yunanıstanın Rodos adasında təşkil edilən Avropa çempionatında qızıl medal qazanması münasibətilə təbrik edib.
Yenises.az xəbər verir ki, Birinci vitse-prezidentin bununla bağlı paylaşımında deyilir: “Əziz Ülviyyə! Parlaq qələbə münasibətilə səni ürəkdən təbrik edirəm! Əməyinə və iradənə görə çox sağ ol! Səninlə fəxr edirəm! Azərbaycana Qələbələr yaraşır!”.
![](/uploads/img/posts/2024/04/29/1714408654_photo1714408596jpeg-1714416370.jpeg)