İSMAYIL MƏRCANLI İMANZADƏ : -  BAX

Ədəbiyyat 11:30 / 29.06.2024 Baxış sayı: 3755

 

Qış gəlməmiş qrov düşdü izimə,

Necə deyim isinən var közümə?!

Əgər baxsan mənim qəmli üzümə -

Namərd mərdi qovanda bax, qovanda!

 

Dost bildiyim niyə durdu qəsdimə,

Kimsə baxıb boylanmadı tüstümə.

Gör necə də çirkab atır üstümə -

Əyri işi avanda bax, avanda!

 

Qoy, gur axsın, neyləyəcək sel mənə,

Büdrəyəndə yiyə durdu el mənə...

Bərkə-boşa çox düşmüşəm, gəl mənə -

Bəxt suyumu savanda bax, savanda!

 

Göz qırpımı ötən anlar çox yeyin,

İztiraba nə qəlb dözər, nə beyin.

Sən üstümə daş yağdıran fələyin -

Əlindəki sapanda bax, sapanda!..

iyul, 2000

İSMAYIL MƏRCANLI İMANZADƏ