Quranı təhqir edən turist diri-diri YANDIRILDI

DÜNYA 17:47 / 21.06.2024 Baxış sayı: 1953

Pakistanda bir turist Qurana hörmətsizlik etdiyi üçün diri-diri yandırılıb.

Yenises.az xəbər verir ki, Svat Vadisinin turizm bölgəsində bir əcnəbi Quranı yandıraraq təhqir etmək ittihamı ilə polis tərəfindən saxlanılıb. Bölməyə aparılan turist polis idarəsinə basqın edən qəzəbli kütlə tərəfindən qaçırılaraq vəhşicəsinə öldürülüb.

Bildirilir ki, kişinin üzərinə yağ tökülüb və o, diri-diri yandırılıb.Gərginliyi azaltmaq üçün bölgəyə təhlükəsizlik qrupları göndərilib (Unikal)