Məhərrəm Şəmkirli , AYB.nin və AJB-nin üzvü: - UŞAQLARIN TƏRBİYƏSİNƏ XİDMƏT EDƏN ŞEİRLƏR..

YAZARLAR 09:12 / 28.06.2024 Baxış sayı: 969

 

Tanrı  əvvəl  insanı,   sonra  da söz  yaratdı.Yaratdıki,insan  fikirlərin  ifadə  edə  bilsin.SözTanrının  insana mn  verdiyi  ən  böyük  mükafatd  adamı.

Sö  adamını  təmizliyə,təbiətə,insanlara,haqqa,ədalətə,düzlüyə,sevgiyə  dəyər  verməsi  on  başqalarından  fərqləndirir.

Bəzən  öz-özümə  deyirəmki,  əcəb  zəmanədə  yaşayırıq.  Hamı  yazır,hamı  oxuyur,  hamı  özünü  alim,ziyalı  sayır. Mənim yazdığımı heçkim yaza bilməz, mən oxuyan kimi heç kim oxuya bilməz ,mənim kimi alim, ziyalı olabilməz, deyə öyünürlər. Əsil yazarlar özünə şairəm, yazıçıyam deməyə utanırlar. İmkansızlıqdan 4-5 ildə bir kitabı çıxan, efirlərdə görünməyən, yazıları qəzet, jurnallarda yayımlanmayan  yazarıdos-tanışdan, qohum-əqrabadan başqa kim tanıyacaq? Əminliklə deyə bilərəmki heçkim. Amma yazar olmayanların bir ildə 3-4 kitabı çapdan çıxır,özüdə gözəl tərtibatla. Kağızı da əla. Onu əlinə kitabkimi yox,bəzək əşyası kimi alırsan. Bu iri həcml ikitabı sağdan sola,soldan sağa vərəqləyirsənki, tutarlı bir cümlə,gözəl bir cümlə tapıb oxuyacaqsan.Çox təəssüf ki,300-400 səhifəlik “kitab”da ruhunu oxşayacaq bir şey tapmırsan. Və başını yelləyib narazı-naraz deyirsən: Heyi f buna çəkilən xərcə,zəhmətə. Bir sözlə  belə qənaətə gəlirsənki, bu gün şair, yazıçı olanın pulu,pulu olanın da nə şair nə d yazıçılığı var.

İyirminci yüzilliyin əvvəllində Azərbaycanda maarifçilik görüşlərinin geniş vüsət aldığı dövürdə uşaq ədəbiyyatı da təşəkkül tapmağa başladı. Məktəblilər və məktəbyaşlılar üçün dərsliklərin hazırlanması o döbrün söz ustaları olan C. Məmmədquluzadəni, M. Ələkbər Sabiri, A.Səhhəti,A. Şaiqi, S.S.Axundovu və bir sıra başqalarını uşaqlar üçün nəsr və nəzm əsərləri yazmağa sövq etdi. Sonralar bu bir ənənə şəkilini aldı.

 Bir neçə ildən sonra isə demək olar ki,M. Müşfiq, S.Vurğun,Ə.Dilbazi, R.Rza,Ə.Kərim,B.Vahabzadə də kiçik yaşlı uşaqlar üçün şeirlər,poemalar,nağıllar yazırdılar. Bir qisim şairlər isə- M.Seyidzadə,T.Elçin,İ.Tapdıq,T.Mahmud,Z.Xəlil və başqaları ədəbiyyatda uşaq şairi kimi məşhurlaşdılar.

 Müstəqilliyimizin ilk illərində yeni-yeni uşaq qəzet və jurnalarının nəşri xeyli artdı,amma təssüf ki,bu uzun sürmədi. Maliyə çətinliyi onların nəşr olunmasını dayandırdı. Və beləliklə yazarları bu mövzudan uzaqlaşdırdı. Bu da Azərbaycan uşaq ədəbiyyatında dərin bir boşluq yaratdı.Sanki daha Azərərbaycan uşaqları üçün heç nə yazmaq lazım deyilmiş. Bu gün iş o yerə çatıb ki, ibtidai sinif dərsliklərdə heç bir istedadı olmayan,ədəbiyyatdan xəbərsiz  adamların “şeir”ləri,”hekayə”ləri yer alıb.Bu da uşaqların gələcək inkişafına mənfi təsir göstərir.

 Uzun illər qiyabi olaraq tanıdığım,uşaqlar haqqında yazdığı şeir və hekayələrini qəzet,jurnal səhifələrində oxuduğum, istedadına,bacarığına bələd olduğum, onlarla kitabların müəllifi olan ƏləsgərƏlioğlunun “Ədəbiyyat qəzei”ndə, “Ədalət”qəzeinndə mütamadi olmasa da,ara-sırauşaq şeirlərini və hekayələrini oxuyuram.O, istedadına,bacarığına güvənib şeirlərini,hekayələrini  yazır. Sonra isə o şeirləri (maliyyə çətinliyinə baxmayaraq)kitab şəkilində oxucuların mühakiməsinə verir.Çox təəssüf ki,heç bir kitabı məndə yoxdur.Amma buna baxmayaraq qəzet səhifələrində dərc olunan şeirlərini hər zaman oxuyuram.Onun şeirlərində vətənpərvərlik duyğuları, el-obaya olan böyük sevgi,doğma təbiətlə sıx bağlılıq poetik dillə təsvir olunur. Şair təbiətdə olan hər şeyi-otu,çiçəyi,gülü,dağı,daşı,ağacı bədii obraza çevrir,onlara xas olan xüsusiyyətləri aydın şəkildə kiçik oxuculara çatdırmağı müqəddəs və dəyişməz vəzifəsi bilir.

Ələsgər Əlioğlu ədəbiyyatda hamının tanıdığı, gördüyü ağacları,gülləri,çiçəkləri,bitkiləri,böcəkləri yox, kiçikyaşlıların tanımadığı təbiət varlıqlarını özünə məxsus poetik dillə təsvir edir,onları oxuculara çatdırır.

Müharibə-ölümdü,itimdi,mühaibə- qandı,qadadı,müharibə-kəndlərin,şəhərlərin xarabazara çevrilməsi,xəritədən silinməsidir,müharibə-ataların,oğulların vətən,torpaq uğurunda şəhid olması,ömürlük əlil qalmasıdır.Ona görə də şair bu mövzudan da yan keçməmişdir.

 

                                                                                        Turqut deyir:

                                                                                         Ay baba.

                                                                                         Mənim sənə sözüm var.

                                                                                        “Dəmir yumuruq”deyirlər,

                                                                                          Dəmirdən yumruq olar?!

 

                                                                                          Deyirəm:

                                                                                          Olar, bala,

                                                                                          Gəl,unutma bir an da,

                                                                                          Dəmirdən yumruq olar,

                                                                                           Düşmən azğınlaşanda!...

Tanrıya şükürlər olsun ki,30 il erməni işğalında olan müqəddəs torpaqlarımızı igid,şanlı Azərbaycan Ordusunun qəhramanlığı və Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində yağı düşməndən təmizlədik.Bu gün xalqımız zəfər sevinci yaşayır.

Ələsgər Əlioğlunun uşaq şeirləri onların tərbiyəsinə,vətənin,millətin layiqli övladları olmasına xidmət edir.şairin uşaqlar üçün yazdığı şeirlər,hekayələr mövzuca müxtəlif olduğu kimi.həm də təsvir və ifadə vasitələri baxımından da rəngarənkdir.Oxuduğum şeirlər və hekayələr balaca oxucuların vətənpərvərlik hissinin yüksəlməsinə, təbiət haqqında məlumatlarının artmasına xidmət edir.  Onun  şeirləri uşaqlarda vətənə,sülhə,quşlara olan hissilərini qüvvətləndirir.

 Uşaq dünyasını bilmək ancaq saf,təmiz sevgisi umman kimi aşıb-daşan insanlara xasdır.Ələsgər müəllim mənən safdır,təmizdir və elə bu keyfiyyətlərinə görə də uşaq dünyasına daxil olmağı bacarır,onların nə istədiyini bilir və anlayır. Bu gün Azərbaycanda çox şair var.Mən çəkinmədən deyərdim ki,on nəfərdən biri,bəlkə də daha çoxu özünü şair bilir.Onların arasında Azərbaycan ədəbiyyatında əbədi yaşamaq titulunu qazanan məşhur şairlər də var.Amma onların heç də hamsı uşaqlar üçün şeir yaza bilmir.Dəqiq yadımda deyil yazarlardan kimsə deyib ki,içindəki uşağı öldürməyən şairlər uşaq ədəbiyyatı yarada bilər.

  Ələsgər Əlioğlunun içindəki uşaq ölməyib,diridir yaşayır. Yaşayır şirin təbəssümüylə,şaqraq gülüşüylə,şıltaq hərəkətləriylə və s.ilə yaşayır.Məhz elə buna görə də şairin uşaq şeirləri təbiidir,oxunaqlıdır. 

 Şairin şeirlərində süjet var,quru,qondarma məsləhət yoxdur.Çünki bədii yaradıcılıqda süjetsiz məsləhət oxucuya quru görünür. O yerdə ki,təbilik var,orda canlı həyat var. Yaradıcılıqda ötərilik şair üçün çətin andır.Çox təəssüf ki,bu həyat həqiqəti ömrümüzün qürub çağında başa düşürük.

   Ələsgər müəllimin yaradıcılığında onu narahat edən duyğulara daha çox yer verir. O, qoynunda yaşadığı torpağın yaxşılığını,xeyirxahlığını,müqəddəsliyini,gözəlliyini,əvəzsizliyini,böyüklüyünü oxucuya incə poeziya diliylə çatdırmağı özünün müqəddəs borcu bilir.

 Hər daşını,hər qayasını müqəddəs sayan, torpağını,elini ,obasını ulu,əvəzsiz bilən,onu vəsf etməkdən yorulmayan,ruhən ona qaynayıb-qarışan,dost yanğısıyla onu qələmə alan bir söz adamıdır Ələsgər Əlioğlu.

İç dünyası təmiz olanlar uşaq şairləri,yazıçıları ola bilərlər. Uşaq ədəbiyyatı ən saf, təmiz sahədir. Burda məddahlıq, yaltaqlıq yoxdur.Burda böyük sevgi,məhəbbət var,burda qayğı,diqqət var.

                                                                  Ağaca dırmaıdırıb...

                                                            Qartək ağ çiçək açıb,

                                                             Baxcamızdakı alça.

                                                             Turqut gülür:

“Yaz qışı

                                                                 Dırmaşdırıb ağaca!...”

 

 Ələsgər müəllimin başqa bir şeirinə nəzər yetirək: - Nə düşmüsən qabağa

                                                                                     Söz eşitmirsən təkə?...

                                                                                      De hara aparırsan

                                                                                      Sürünü çəkə-çəkə?...

 

                                                                                      Məni nahaqq danlama,

                                                                                     Ay çoban buna görə.

                                                                                      Sürünü çəkirəm mən

                                                                                       Çoxlu ot olan yerə!...

 

                                                                                   “Təkə”

Bu şeir aydın və anlaşıqlı yazılıb.Oxucu bir dəfə oxumaqla şeiri yaddaşına köçürə bilər.Ələsgər Əlioğlunun ,,Atın tapqırı” , “Şərif”, “Qara küçüyümüz”, “Anası yanındadır”, “Bulaq” və başqa şeirləri də bu qəbildəndir.

Şair uşaq psixologiyasını gözəl bildiyinə görə onda uşaq şeirləri mükəmməl alınır.Mən bu yolda dəyərli sosial şəbəkə dostum Ələsgərmüəllimə böyük uğurlar diləyirəm.İnanıram ki,onun hər  kitabı hər bir uşağın sevimli kitabıdır.

 

          Məhərrəm Şəmkirli

          AYB.nin və AJB-nin üzvü.