Kim Çen İn Putinə bir cüt it bağışladı

DÜNYA 10:25 / 20.06.2024 Baxış sayı: 2058

Şimali Koreya lideri Kim Çen İn Rusiya Prezidenti Vladimir Putinə Phunsan cinsindən olan bir cüt it bağışlayıb.

Yenises.az xəbər verir ki, bu barədə “Koreyanın Səsi” radiosu məlumat yayıb.

“Yoldaş Kim Çen İn Kımsuan iqamətgahında prezident Putinə Şimali Koreyanın Phunsan cinsindən olan bir cüt it hədiyyə edib. Prezident Putin bu hədiyyəyə görə minnətdarlığını bildirib”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Pxenyana səfəri zamanı Şimali Koreya lideri Kim Çen İnə “Aurus” avtomobili, admiral xəncəri və çay dəsti hədiyyə etmişdi.