Kəramət : -  EYNİ MƏKANIN VƏTƏNDAŞLARI OLSAQ DA

 

YAZARLAR 08:48 / 29.06.2024 Baxış sayı: 830

 

EYNİ ZAMANDA YAŞAMAYIRIQ

QARTALLA QARĞA EYNİ GÖYDƏ

AMMA AYR-AYRI GÖY QATINDA UÇURLAR

Qonşu bağrı çatlatmaq kimi "cahanşümul" nailiyyətlər uğrunda yaşayan (sürünən), yaradan(yarıtmaz) fərdin özü də elə ibtidai icma quruluşundan qalma camaat, hampa, kütlənin ümumiləşmiş nadan obrazıdı. Bizdəki ədəbi cmeəni təqribən belə təsnif etmək mümkündür:

1.,Meşşan, kənd-kəsək, hanpa-intriqant, yerli-milli.-nadan şkalasında.

2. Ordan-burdan, sistemli bilgisi olmayan, şöhrət manyakı hərşeyşünas, dekorativ müasirlər. Adətən, hoqqabaz olurlar. Avrora, rus sənət keçmişinin və ya bu günün müəyyən qurğularını, izm-in "karkazını", ritmlərini, simvollarını oğurlayıb güya dekorasiya edənlər (dekostruksiya yox), müəyyən yerli-milli elementlərlə dolduraraq yaratmayan-əkməyən-biçməyən piştaxta-vitrin alverçiləri.

3. "Qurbağa nəğməsi olsun, ancaq öz nəğmən olsun" idealını əsas alanlar. Bunlar insan kimi də vaxtın övladlarıdı, məkan vətəndaşlığı dövrü çoxdan tarixin arxivələrində öz yerindədir. Və o K E Ç M İ Ş D İ R.

Əslində, primodernizm arxada qalmış, iqtisadiyyatda FORDizm (bildiyiniz o Ford-markasıyla birgə yada salın)-modernizm dövlət, iqtisadi sərhəd anlayışını aşıb keçmiş, modernizmin əsaslarını yaratmışdır. Doğrudur ki, bura qədər xeyli fəlsəfi, ədəbi, digər sənət çabaları, nümunələri mövcuddur. Yaşadığımız modernizmin-fordizmin tıxanması, dalana dirənməsi postmodernizmin mübahisəli yaranışı və ya bunun belə ssenariləşməsi qida qıtlığını (bütün istehsalın mərkəzləşməsi, ölkələrin sadəcə bazar qanunlarıyla idarəsi, oksigen çatışmazlığıyla, dünyanın iqtisadi böhranıyla, zəif ölkələrin bu və digər şəkildə süqutuyla müşahidə olunur.

Bir az uzağa getdik...Yuxarıdakı 1 və 2 təmsilçiləri çoxluğu təmsil edir və çürüyən toplumun nizamlı çöküşünü bəsləyir. Üçüncü həmişə az və TƏKdir, bunu mənəvi-fiziki şəkildə yaşamağa məhkumdur. Aşağıdakı sürünənlər, göyün alt qatında leş arayanlar İstedadla-Qartalla uğraşması da həyatın olasılığıdı. Seçim və yaxud taleyin seçdiyi birisənsə, gerçəkliyi olduğu kimi qəbul etməlisən və kimsəylə, nə iləsə uğraşmalı deyilsən, zatən məqsəd səni endirməkdi.

Sevdiyim bir masal var; Qartal heç zaman qarğayla mübarizə aparmaz, qartalın belinə qonan qarğa elə hey qartalın boynunu dimdikləyər, Qartal sadəcə öz göy qatına doğru uçar, qarğanın nəfəsi çatmaz və tappıltıyla qartalın belindən düşər.

Qoy deyim, yekəxanalıq çıxmasın, MƏNİM( obraz kimi) belimdə oturub boynumu dimdikləmə, görürsənmi, sadəcə, gülümsəyirəm, qarğayla uğraşan QARTAL qartal deyil. Anlaşdıqmı, əziz qələmşorlar.