Cavid Cəfərovdan  " QƏDİM  YAZI"

Ədəbiyyat 12:01 / 29.06.2024 Baxış sayı: 839

Masamın üstündə  bir  kitab  var...Doğmalarımdan  biri  bağışlayıb  mənə.  "Qanun Nəşriyyatı"-nda  işıq  üzü görüb bir  il  öncə , yəni  2023-də...  Adı diqqətimi  çəkdi... Ona  görə də elektron məlumat  bazasına  daxil olub müəllif barədə  bilgiyə  baş vurdum.

Elmi dərəcəsi və elmi adı: Tarix üzrə fəlsəfə doktoru, dosent

Vəzifəsi: Çap kitablarının tədqiqi şöbəsinin müdiri

Tədqiqat sahəsi: Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqatın metodları; Elmşünaslıq

Tədqiqat mövzuları: Qədim əlyazma və əski çap kitablarının fakturasının tədqiqi; müəllif hüquqları; elmmetriya

Elmi əsərlərinin sayı: 58 

Əlaqə vasitələri: tel.: (+994 12) 4923197, e-mail: [email protected]
 

 

Və bu cavan oğlanın maraqülı  bir  sahə  üzrə,  həm də  çoxşaxəli  fəaliyyəti diqqətimi  çəkdi. Bu  qiyabi  tanışlıq da  öz  növbəsində "Qədim yazı"-ya  marağımı  artırdı.

Kitabın üz qabığındakı  imza  sırası  özü - özlüyündə   bu  toplunun  mahiyyətindən xəbər  verirdi. Xüsusi ilə ona  görə ki, həmin imza  sahibləri    müxtəlif  corafiyanı  təmsil edirlər. Həm də  müxtəlif  dillərdə  yazırlar. Deməli   həmin müəllifləri  orjinaldan  dilimizə çevirən  Cavid Cəfərov  həmin dillərə    mükəmməl  sahiblənib ki, belə bir  ağır  və məsuliyyətli  işə  çiyin verib. Bir  oxucu  kimi deyə  bilərəm ki, kitabdakı yazıları oxuyarkən tərcümə olduğunu  hiss etmədim.

Yeri  gəlmişkən . onu da qeyd edim ki, tərcümə edilən  yazılar  təkcə  bədii yaradıcılıq  nümunələri deyil. Onların arasında müsahibələr  də var. Təbii ki, bu da  kitabın dəyərini  artırmaqla  yanaşı, tərcümə edənin də  nüfuzuna   müsdbət xallar  əlavə edir. Elə  bu  bir-iki  cümləlik  təqdimatla  oxucuları  " Qədim Yazı"-nı  arayıb tapmağa ,oxumağa dəvət  edirəm. İnanıram ki, bu   oxuyanlara  çox  xoş olacaq!

                                                                                                                                                                                     Əbülfət Mədətoğlu