Əbülfət Mədətoğlu : - Demir...

Gündəm 11:00 / 23.06.2024 Baxış sayı: 1582

 

 

Dilim qıfıllanıb sanki,

Tərpənib " Salam!"-da demir...

Hətta üz tutub inan ki,

"Od ver, bir qalam!"- da demir...

 

Duyanlar baxıb bükülür,

Yaz öynü yarpaq tökülür!..

İçimdə divar sökülür -

"Tikmədim,Qalam!"- da demir...

 

Allah!- deyib bitirdiyim,

Əlin haqqa yetirdiyim...

Mənə indi yetimliyim -

"Ay yazıq balam"- da demir...