Əbülfət Mədətoğlu :-Tək qalıram...

Ədəbiyyat 13:02 / 29.06.2024 Baxış sayı: 1010

 

Hamı yolun ayırır -

Tində, tək qalıram mən...

Məcnunluğum sayılır -

Min də . tək qalıram mən!..

 

Bu bəxtdi, nə yazıdı

Olanların azıdı!

Bir gözəlin nazıdı -

Gündə tək qalıram mən!

 

Ruhumu sərib niyə,

Deyirsən "Qərib!" - niyə?

Salıbsan qəribliyə -

Çində, tək qalıram mən!

 

Göylərə açıb əli

De, Allahu-Əkbəri!

Məcnun - yəni ki, dəli -

Dində tək qalıram mən!