Əbülfət Mədətoğlu : - Məni...

Ədəbiyyat 10:27 / 26.06.2024 Baxış sayı: 1382

 

Mən heç kiməm, heç nəyəm...

Nə bulaq, nə çeşməyəm!..

İstəyirdim düşməyəm -

Kədər düşürtdü məni!

 

Əlim üzülən gündən

Nuş etdim ahdan, ündən!

Asıldığım son dindən -

Qədər düşürtdü məni!..

 

Ömrün vüsal dadından-

Pay umdum bir Qadından!

Osa Ümüd atından -

Hədər düşürtdü məni!

 

Yubanıb, illədiyim -

Əbülfət, bilmədiyim

Vaxtında silmədiyim -

Bədəl , düşürtdü məni!