Həzi Həsənli : - Bu Allahsız şəhərdə...

Ədəbiyyat 08:42 / 30.06.2024 Baxış sayı: 613

Ruhun qara sazında

Hey ötər pərdə-pərdə,

Qədərin də, yazın da

Qalar xatirələrdə...

 

Gecəsi, gündüzü yox,

Göyündə ulduzu yox,

Bir nişanə izi yox...

Ömür-gün də qəhərdə.

 

Nə qərib diyardı ya?!

Həsrət çəkmək vardı ya,

Ünün yetməz Tanrıya

Bu Allahsız şəhərdə...

29.06.2024