Elnur Uğur Abdiyevdən ÜÇ  ŞEİR 

Ədəbiyyat 09:18 / 30.06.2024 Baxış sayı: 630

Bu dünyada çox şey lazım deyil yaşamağa.

Ürək verdiyin ürəyini qoruya.

Biri səni ürəkdən duya

Bəsdi.

Vallah,nə varsa, burda qalacaq

Bədənimiz də,

Nə varsa əynimizdə

Özümüzü də soyunacağlq.

Bircə qoruyanımız olsa

O da varsa duyanımız olacaq.

Duyanımız həyanımız olacaq.

Bu dünyada adama nə lazımdı ki?

Ürək alıbsa,

Ürək veribsə...

Ürəkdən duyanı varsa

Dünya onu yox,o dünyanı fırladır öz başına.

Bu dünyada bir ürəkdən duyanın varsa

Sel də çıxsa qarşına

Keçəcəksən.

Şükr elə,Elnur!

Hələ ki həyanın,səni ürəkdən duyanın yanında durur.

 

***

Sənsizlik küləyi əsir,

Adın üşüyür dilimdə.

Özümdən sənə sürgünəm,

Heç nə deyil ki əlimdə.

 

Sevmək,söylə,gülüm, suçmu?

Dəniz könlümü eşq qucmur.

Daha qağayılar uçmur,

Mənim sevgi sahilimdə.

 

Mən yazıq içimdə qərib,

Bir misra özünü gərib,

Gözümü üstünə sərib,

Yatım şeir sevgilimlə.

 

Sən də yat ta özün kimi,

Dad yuxu şirinliyini.

Həsrətin dərinliyini,

Boğacağam eşq selimdə.

***

Daş qəlbli adamlar quru hönkürər,

Hər gözdən axan su yaş ola bilməz.

İlğım sular nə çox, ya göz aldanır,

Ya yol səbəbi var, boş ola bilməz.

 

Dünyada xoş iyli ətirlərin də,

Biri ola bilməz çiçək yerində.

Çox da var qanadı böcəklərin də,

Ha uçsun səmaya quş ola bilməz.

 

Ovçün gəldik olduq bir şikar,demə.

Bu təsdiq inkara bir inkar,demə!

Şairə ölüm var,ölüm var demə,

Yaz sevdalı ruhda qış ola bilməz.