Əbülfət Mədətoğlu : - Çıxmır...

Ədəbiyyat 08:34 / 27.06.2024 Baxış sayı: 2735

 

Əlimin əsası da

Əlimə , sahib çıxmır...

Sözümün əsası da -

Dilimə, sahib çıxmır...

 

Fikir oyur - ovulur...

Həm də soyur - sovulur...

Günümdən gün qovulur -

İlimə, sahib çıxmır!

 

Lap olsa da harada ,

Rəngdi - ağ da, qara da!..

Vurdu, qaldım arada -

Ölümə, sahib çıxmır!..

 

 

Paylaş