Kəramət : - Özündən Hadisə Quraşdırma,"Professor Cahil".

YAZARLAR 08:50 / 30.06.2024 Baxış sayı: 732

 

Ey Hər Kim , M. Rilke deyir ki,

MƏN HEÇ KİMƏM,

HEÇ KİM DƏ OLACAĞAM.

...yazılanların, göstərilənlərin mənimlə-səninlə deyil, ilkin olaraq o yazan-pozan, ekrandan, tribunada püsgürənlə uzaqdan-yaxından əlaqəsi yoxdur...məclisə, küçəyə çıxışı belə "üfürə-üfürə", başqalarının gözüylədi, a kişinin qızı-oğlu, şairsən -alimsən-deputatsan-nazirsən, nəyinsə-təşkilatınsa, Başısan...bir özünə, küçədəki adamların, qonum-qonşunun həyatına, nəylə nəfəs alıb -verdiklərinə bax, bu isə, təkcə iqtisadi məsələ deyil, alimin-şairin-jurnalistin ,məmurun-siyasinin çöküşü-çürümüşlüyüdür ki, hər yerə metaztaz verib , ekrana, qəzet-jurnala, sayta-mayta baxmalı deyil...99%. 1% binəva neyləsin?

Vallahi də-billahi də..Bu adına ZİYALI deyilənlən yenə göstərilən çoxluq faizi özü də bilmir ki, nə danışır, nə yazır-pozur...cahillik baş alıb gedir

Ağacın budağı çürüyübsə, problem kökündədir, cəmiyyət isə başdan-alim-yazar-tribunadan çürüyür.

Təsadüfmü, əlbəttə yox.

HANSI ZAMANDA, MƏKANDAdır, xəbəri yox özündən belə.

Hələ də, Hələ də ərəb əfsanəsi qəhrəmanı Leyli-Məcnun düşüncəsində-ruhundadı, sözlər dəyişiksə də, baxış bucağı eynidiI, hansı şərtlər daxilində yaşayırsan? SevGi nə mənə şeydi? bilmədiyindən hələ də 21-ci əsrdə yaşadığını da bilmir, 7-ci əsrdəki ruh halındadı.

Ya da Marsdan, ya da Fransadan baxır Azərbaycan mühitində yaşayan ilişgilərə-ruh plagiatlığı. Axı, belə yaşamırsan, ətrafınla belə davranmırsan, ətrafın da ətrafıyla belə insani münasibətdə, davranış, danışıq tərzində BELƏ deyil.

Yazdığımız-pozduğumuz, ekrandan-zaddan poz verib dediyimiz nə Zamanımıza, nə də Məkanımıza aid deyil.