Vasif Süleyman -VARMI

Ədəbiyyat 12:00 / 22.04.2026 Baxış sayı: 265

 

Ay bu məzarın yiyəsi,

Orda torpaq, dəniz varmı…

Aranızda havalınız,

Dəli-divanəniz varmı…

 

Axşamınız, sabahınız,

Savabınız, günahınız.

Orda sizin Allahınız,

Allahsız bəndəniz varmı…

 

Nə yaman qucmusuz yeri,

Kimdi ölü, kimdi diri.

Qayıdanda mənnən geri,

Kəndə dönəniniz varmı…