Süleyman Abdulla - HƏR ŞEYİN və HEÇ NƏYİN ŞEİRİ

Ədəbiyyat 12:25 / 22.04.2026 Baxış sayı: 307

 

Çıxmamışdan

yolu tükənən adamlar var dünyada

və ağzını açmamış sözü...

Hər kəlləsi daz dahi deyil, dostum,

hər ayağı çolaq sprinter...

"Bir dərədə kar, kor, kürkü yırtıq ..."

yanıltmacını söyləməyin kara bir karı yox...

Əl ağacı yaxşı bilir

kora yol göstərməyin mənasızlığını,

tribuna isə

lala söz verməyin məntiqsizliyini - əla...

"Kim qoşmuş bu topalı marafona?" - soruşmurlar yarış təşkilatçılarından,

əgər

kimsə soruşası olsa

saçları vız-vız durar keçəlin...

Əslində

bəzi adamlar üçün

nə yol var,

nə söz,

nə işıq,

nə səs...

Çox kədərlidir

hər şeyin heç nə olduğunu dərk etmək...

22.04.2026.