Lilpar  Cəmşidqızı - Qəzəl

Ədəbiyyat 13:18 / 22.04.2026 Baxış sayı: 330

 

Bir bəla mülkündəyəm, heç bağü gülşən görmədim,

Binəva aşiqlərin əhvalını şən görmədim.

 

Yazdığın qismət haçandır tərk edib dil güşəmi,

Ey Xuda, bəxt ulduzun bir gün də rövşən görmədim.

 

Tikdiyin xanəmdə bax, bülbülllər əfğan eyləyir,

Susdurubsan dəmbədəm, bir canı, Yar, tən görmədim.

 

Bir dilək tutsam əgər pirdən nicat istər könül,

Çünki gizlin saxladın həmdərdi, əhsən, görmədim.

 

Sailəm, ümmandayam, bir Xəzridən can istərəm,

Çün bəsirət gözlərim hər gün deyir çən görmədim.

 

İstədim kəndir verim, göy sallasın əhvalımı,

Ev qurubsan çırpıdan, yer boyda məskən görmədim.

 

Can verən, Lilpar, bilir, aşiq səfasın gözləyir,

Eşqə düşdüm, bəhrdən bir qətrə qan mən görmədim