Ayrı-ayrı yerlərdə yağıntı intensiv olacaq

MƏMLƏKƏT 18:28 / 19.04.2026 Baxış sayı: 465

Bakıda və  Abşeron  yarımadasında aprelin 20-dən 21-i gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Səhər saatlarında intensiv yağışın qısamüddətə bir qədər güclənəcəyi istisna olunmur. 20-si gündüz saatlarında yağıntıda fasilə olacaq.

Yenises.az   bildirir  ki,  bu   barədə Hidrometeorologiya Xidməti məlumat  yayıb.

Azərbaycanın rayonlarında aprelin 20-21-də    bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu   düşəcəcəyi  ,bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Yaxın günlərdə  respublika  ərazisində havanın temperaturu 5-8 dərəcə enəcək.