Bəhram Bilaloğlu - Əsra bilər, kəsra necə ayrılır
Ədəbiyyat
12:40 / 22.04.2026
Baxış sayı: 799
Əsra bilər, kəsra necə ayrılır,
Ayrılanlar gecə düşməz, köçərlər.
Səhər, gündüz bilməz, ani gələr o,
Çatdığında mütləq onu içərlər.
Bu, bir tale, qismət işi deyildir,
Dərk etməyin şüur kimi adı var.
Axan çaydır, suyu şirin bal kimi,
Hər kəs üçün bircə dəfə dadı var.
Yad bilməyin, haqqa tərəf meyl edin,
Nəfs evindən çıxır nəfsi maraqlar.
Savabından ruha etsə şəfasın,
Batinində bəzək olar çıraqlar.