"Sonuncu kəpənək rəqsi"-nın təqdimatı keçirildi.

MƏDƏNİYYƏT 18:40 / 18.04.2026 Baxış sayı: 293

Bu gün -18 aprel 2026-cı il tarixdə AYB Lənkəran Bölməsinin "Söz"Ədəbi Məclisində gənc şair Arzu Əyyarqızının yaxınlarda işıq üzü görən "Sonuncu kəpənək rəqsi" adlı kitabının təqdimatı keçirildi.

Tədbirdə Cəlilabad, Astara, Lerik və Lənkəranda yaşayan yazarlar iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Bölmənin sədri, yazıçı, dramaturq Qafar Cəfərli gənc yazarlara dəstək olmağı,qayğı göstərməyi Bölmənin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu xüsusi qeyd etdi.

Qafar Cəfərli çıxışında bu qəbildən olan bu günkü tədbirin əhəmiyyətindən danışdı.Son illərdə ədəbi fəaliyyətlə məşğul olan gənc

şair Arzu Əyyarqızının məhz bu qayğı sayəsində keçən il AYB üzvlüyünə qəbul edildiyini bildirdi.Bu gün artıq sayca dördüncü olan "Sonuncu kəpənək rəqsi" adlı kitabının təqdimatına yığışmağımız gənc şairin ona olan ümidləri doğrultduğunu xüsusi ilə vurğuladı.

Tədbirdə iştirak edən yazarlardan: Cəlilabad rayonunda yaşayan Bilal Alarli ,İman Abdulla,Sevil Azadqızı, Sevinc Şirvanlı, Gülcahan Xürrəm,Azər Mirzə; Lerik rayonunda yaşayan Xanlar Hemid , Astara rayonunda yaşayan Nəriman Azəri, Evez Hünərli ; Lənkəranda yaşayan Ziyafət Yəhya, Əhməd Haqsevər, Xudaverdi Cavad, Salman Məmmədoqlu , Şəfahət Şəfi, Müşfiq Cəbi, Ofeliya Nəzərova, Əfsanə Sultan,Gülarə Fazilqızı, Qardaşxan Fərzi, Qulaməli Hüseyn,Fərasət Nuriyev, Hacı Qərib, Kamil Cabbarov müəllifin yaradıcılığı və təqdim olunan kitabla bağlı fikir və düşüncələrini bölüşdülər.

Arzu Əyyarqızı çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirdi. Bu gözəl tədbirdən ruhlandığını və bundan sonra daha fəal ədəbi fəaliyyətlə məşğul olacağına söz verdi.

Arzu Əyyarqızının şeirlərindən ifa etdiyi nümunələr tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

Yekun sözü ilə çıxış edən Qafar Cəfərli fəallığa görə bütün iştirakçılara təşəkkür etdi və bundan sonra da gənc istedadların üzə çıxarılması üçün səy göstərəcəklərini qeyd etdi.

Tədbirin sonunda xatirə şəkilləri çəkildi.