Rafail Inceyurd Ismayilov - Qibləgahım, ulum, ucam,
Ədəbiyyat
09:18 / 22.04.2026
Baxış sayı: 336
***
Qibləgahım, ulum, ucam,
Əmanətdi yollar, Xocam!
Yox, körpü yox- addamacam,
Hər kəs məndən keçə bilməz.
Varam "olum" həvəsində,
Ruham İmrə nəfəsində,
Yol gedir can qəfəsində,
Gündüz bilməz, gecə bilməz!
Qadir Allah, o bir Allah,
Bölənləri bölür Allah...
İncəyurdu bilir Allah-
Aşiqləri necə bilməz!?
21.07.22