Sevil Azadqızı : - YENƏ SƏNƏ GƏLDİM, DƏNİZİM!
Yenə sənə gəldim, dənizim,
Ürəyimdə min bir sual, gözlərimdə ümid.
Ruhumda sığındığım qəribə sükutla,
Şəhərin gurultusundan, yalançı gülümsəyən üzlərdən,
Özümə yer tapa bilmədiyim o dar küçələrdən qaçıb sənə gəldim.
Əllərim qoynumda, boynum bükük, Fikirlərim dağınıq, içimdəki ağrılarımı gətirdim.
Sənə gəlincə evinə dönən bir uşaq kimi rahatlanıram, unuduram çəkdiklərimi.
Sanki məni sıxan, mənə əzab verən nə varsa yola ötürdüm...
Bax, durmuşam sahilində səninlə göz-gözə,
Səndən başqa kim anlayar bu içimdəki fırtınaları,
Kim qaldıra bilər bu ağır darıxmağın yükünü?
İnsanlara danışsam söz olar,
Divarlara desəm üstümə qayıdar.
Amma sən udursan hər ağrımı, kədərimi,
Dalğana büküb çəkirsən içinə acımı.
Ödəyirsən səndən umduqlarımı, istəklərimi, könül ehtiyacımı.
Sən ən etibarlı sirdaşım, ən güvənli limanım..
Heç zaman "niyə"?-demirsən,
Heç zaman qınamırsan məni...
Eşidirsən içimdəki səsimi, sahilə çırpınan ləpələrinlə toxtayır ruhum, sakitləş deyirsən...
Ağrılarımı tökürəm bu mavi sulara,
Dünənimin tozunu silirsən, sabahımın qorxusunu udursan...
Sən elə böyüksən ki, dağ boyda dərdlərim kiçilir səninlə,
Əllərim qoynumda, gözlərim sonsuz üfüqlərə dikilib. Ümidlərim ölməyib hələ, sənə gəldim, dənizim, məni mənə qaytar,
Məni mənlə barışdır yenidən sənə gəlmək üçün, dəni
22.04.2026