Aləmzər Sadıqqızı - Ata görməyə...
Ədəbiyyat
10:37 / 22.04.2026
Baxış sayı: 369
Yasəmən açanda bilmirəm nədən,
Gozüm də könlümdə ayrılıq qoxur.
Yadıma o uzaq illerim düşür,
Dodağım bir həzin nəğməni oxur...
Əlim çatmayanda yasəmənlərə,
Bir ata qolları dayaq olardı.
Öpərdim, oxşardım ciçəklərini,
Sonra da astaca yerə qoyardı...
Yasəmən sevgimiz atamdan qalıb,
Könlüm əl de vermir koldan dərməyə.
Harda yasəmən var uçub gedirəm...
Gedirəm elə bil ata görməyə...
22.4.2025