Əbülfət Mədətoğlu   Dəniz pıçıltıları

Ədəbiyyat 22:12 / 20.04.2026 Baxış sayı: 776

Ləpələr  özünü  sahilə atır

Görən  hansı  istək, hansı  eşq  ilə?!

Ləpələr  sahildə istəyə  çatır -

Qovuşur  İlahi, özəl  eşqinə!

 

***

 

Yanağında  qızartı  var  dənizin -

Səhər  çağı  Günəş  öpüb,  bilməyib...

Bir  xoşbəxtlik bəzəyibdi  bənizin -

Ona  görə heç  dəniz də  silməyib -

üzünü!..