Kəramət : - BU GECƏ AYsız qaldım

YAZARLAR 12:22 / 16.11.2024 Baxış sayı: 210

 

"Mənə dəniz verin"in müəllifi köhnə dostum Sabir Abdinovla ayaqüstü görüşüb, geniş söhbəti bir həftə sonraya saxlayıb...

...bəri başdan deyim ki, məni birbaşa alçalda bilməyənlər sevdiyim dostlarla vurmağa çalışıb həmişə, bu baş vermir, o vaxta qədər ki, dost-rəfiq bildiyim açıq verməsin, hamıda belədi...özü də vura bilər, öyrəncəliyəm.

Somsoyuq...hazır , məni gözləyən, olsun, yaxşı, belə...

Akademiya bağında ora-bura baxa-baxa gedən Əlisəmidlə (Kür__) görüşdük..biri-birimizi çox yaxşı tanıyırıq..ona görə ki, HADİSƏLƏRDƏN keçmişik..işğaldan öncə Qubadlda, Füzulidə olmuş, mitinqlərdə çıxış etmiş, Meydan hərəhatında AYB-nin Yusif Səmədoğlu rəhbərliyində ikimiz olmu.şuq,

==Bu gün qızımın ad günüdü, Kəri,- deyib, başını çiynimə qoydu, 7 manatım var, amma evə hər şeyi almışam.

-Gəl gedək, darıxma..

Nəşriyyatın birinci qatında Vaqif Nəsib kimisə gözləyir, dəxli olmasa da pulum olmadığını bildirir, yoxsa, oturub çörək yeyərdik-lə , aralaşanda

-Sən də, sənin də pulun yoxdu?-təəccübünə sadəcə gülümsəyirəm, inanmadığını da bilirəm....bir dostuma küçücük borcimu da ödəyə bilmədiyimi də deyirəm və tə təbii ki..inanmır, amma yaxınlarda hamısı düzələcək... düzələcək...

-Qoy sənin şeirini deyim..

-De, ustad, de..

ƏLLƏRİ PİŞTAXTASI

ƏLLƏRİ ARXASINDA

ŞEİR SATIRDI HADİ

HADİNİN DÖRD ƏLİ VARDI

İKİSİLƏ ŞEİR SATIRDI

İKİSİLƏ ÜZÜNÜ TUTURDU

...BELƏCƏ DƏRİlə sümüyü arasında məsafə qalmayan Vaqif Nəsibim üzündən öpüb doqquzuncu mərtəbəyə qalxırıq, bu altı misralıq şeiri rəhnətlik Fikrət Sadıq hər məni görəndə deyirdi, mən utanırdım, sadəcə.

...yol boyu Əlisəmid Şuşaya gedişindən danışır, bu səfər haqqında yazan Könül Arifin yazısını tərifləyir, aradabir təəccüblü baxışlarıma cavab olaraq da-Tanıyırsan,-deyir və yazının surətini verir, mən də yazıya baxıram,- Bu qız səni yox, öz taleyini yazıb,-ona görə təsirlidi,=deyirəm.

Bir-iki ərkim yetən redaktora istedadlı dostlarımın adını deyirəm ki, onları çap edin,-Yazılarını göndərsinlər, amma üstündə sənin adını yazsınlar ki, bilək kimdi..

Beıəcə doqquzuncu mərtəbəyə qalxıb Gürcüstanlı dostumuzun mənə gətirdiyi meyvə arağını Əlisəmidin qapqara torbasına qoyuruq, torbada iki pivə də var..

-Azərlə (Turan) görüşəcəksən?

-Yox...

-it oyna..Anarı da , Azəri də çox istəyirsən, tstədiyindən sancırsan..

Gedək Eldarın yeməkxnasına , ev yeməyidi, arvadıyla özü işlədir, Hərakatdan bəri tanıyıram...

Beləcə Eldar və

Əlisəmidin qızının ad günü ...

Adamlar situasiyada, hadisədə tanınır...

Hadisə baş verməyincə, kimsəni tanımazsan....biz Əlisəmidlə çox hadisələrdən keçmişik...

-İçək o qızın şərəfinə..

_Keçən dəfə verdiyini verdim qızıma, dedim ki, Kəramət əmi göndərdi..

Alnının dərin qırışında öpürəm, -Salam de.., təbriklər

..