Saqif Qaratorpaq : - Başqadı pəncərəmdə
Başqadı pəncərəmdə
Hər gün payızın rəsmi.
Bir kimsə duya bilməz
Payızı mənim kimi.
Güzgülənir hər səhər
Pəncərəmdə gilənar.
Saçlarını dağıdıb
Ağlayır boz buludlar.
Üşüyür çılpaq göyəm
Söykənib ağ hasara.
Şah tut əlvida deyir
Saralan yarpaqlara.
Ağaclar bəzənibdi
Bir-birinin bəhsinə.
Günəş də qonaq gəlib
Rənglərin sərgisinə.
Qonub qoz ağacına
Gileylənir dolaşa.
Qovaqlar yarpaq-yarpaq
Məktub göndərir qışa.
Oynayır boz sərçələr
Qurumuş budaq üstə.
Tanrı nə gözəl çəkir
Rəsmini torpaq üstə.
Oxumur,qumruların
Daha yoxdu həvəsi.
Gecənin sükutunu
Pozur yağışın səsi.
43Şakir Xanhüseyn və başqa 42 nəfər