VAQİF OSMANLI : - ERMƏNİ XİSLƏTLİ QU-QU QUŞLARI
(esse)
“Ermənilərin eyibləri: Oğru, gözügötürməyən, bir ayağı qaçmaqda olan, əmrə tabe olmayan, yersiz hay-küy salan, ürəyi xıltlı, ağasına düşmənçilik edəndir. Ümumiyyətlə, onlar başdan ayağa müsbətdən çox mənfiyə yaxındır”.
“Qabusnamə” (XII əsr)
Yazacaqlarım nə əfsanədir, nə də rəvayət. Həyatda rast gəldiyimiz gerçəkliklərdən biridir. Qu - qu qu quşları haqqında eşitmisinizmi? Bu quşlar qəribə və pis xasiyyətli davranışları, həyat tərzi ilə başqa qanadlılardan fərqlənirlər. Onlar yavaş səslə - “qu”, “qu”- deyə oxuyurlar, səsləri könül oxşayır. Amma “ədəb - ərkan”ı, “əxlaq”ı haqqında müsbət fikir söyləmək çətindir. Qaratoyuqdan bir azca böyükdür (onu qeyd edim ki, qaratoyuqlar şirin ləhcəli nəğmələri ilə heç də bülbüldən geri qalmırlar). Lələkləri mavi-kül rəngindədir. Adi qu-qu quşu köçəridir, yazda bizim yerlərə gəlir, payızda isti ölkələrə gedirlər. Bu quşlar haqqında müxtəlif elmi-kütləvi nəşrlərdən bilgi toplayanda qəribə hisslər keçirdim.
Qu-quların böyük, əzəmətli Turan dünyasının əzəli və əbədi düşməni bədxah erməni xislətli v\ə “dünyagörüş”lü olduğunu yəqin ki, bilmirsiniz. Onlarla ermənilər arasında inanılmaz oxşarlıqlar tapdıqca heyrətə gəldim.
Qu-qu quşları və ermənilər. Maraqlı yanaşma, qəribə, analoqsuz bənzətmədir, elə deyilmi? Amma fikirlərimi sona qədər izləməyə hövsələniz çatarsa, bu bənzətmələrdə çoxlu oxşar cəhətlər tapacaqsınız.
Bu quşlar digər mülayim iqlimli ölkələrdə olduğu kimi bizim yerlərdə də nəsil artırırlar. Bəs nəsil artımı hansı “üsul”la həyata keçirilir. Qu-qular yumurtlayandan sonra özləri yumurta üstündə yatıb bala çıxartmağı, ana əziyyətini çəkməyi xoşlamırlar, həmçinin bala bəsləmək, yemləmək, balalarına pərvaz etməyi öyrətmək hisslərindən də məhrum məxluqlardır.
Qu-qu quşları ilə bəxtimizdənmi, taleyimizdənmi qonşu olmağa məhkum olunduğumuz, qonşuların torpağına, malına, mülkünə, təbiətinə, mədəniyyətinə, tarixinə, ədəbiyyatına, mətbəxinə göz dikən tamahkar ermənilər arasında eyniliklər tapanda, üst - üstə düşən məqamlara rast gələndə, təəccüblənəcək, belə demək mümkündürsə, bu iki parazit və vəhşi canlının xasiyyətindəki oxşarlıqları müqayisə edib nəticə çıxarmaq imkanı əldə edəcəksiniz. Axı, təbiət ən ağıllı öyrədəndir.
Qu-qu yumurta üstündə yatıb bala çıxarmağı, bəsləməyi gizli şəkildə başqa quşlara həvalə edirlər. Fikirləşəcəksiniz ki, necə yəni gizli? Qaratoyuq, alacəhrə, bülbül və yüzdən çox digər quşlar qu-qunun balasına “dayə”lik etməyə məhkumdurlar. Halal zəhmətlə yumurtasından bala çıxardıb onları yemləyən, bəsləyən, uçmağı, cəhcəhlə oxumağı öyrədən gözəl və lirik səsli qaratoyuq, bülbül, alacəhrə 3-5 yumurta qoyduqdan sonra yumurtaların üstündə yatıb bütün əzab-əziyyətlərə dözərək balalarının dünyaya gəlməsini gözləyirlər. Bax, bu zaman qu-qu quşları bəd niyyətlərini - “erməni” hiyləgərliklərini həyata keçirməyə başlayırlar. Ana qu-qu həmin zəhmətkeş, balacanlı, analıq hissi güclü olan quşların yuvalarının ətrafında pusquda durur, yumurtanın üstündə yatan yuva sahibi müvəqqəti yuvadan çıxıb geri qayıdınca zəhmətə qatlaşmağı xoşlamayan qu-qu özünün bir ədəd yumurtasını onun yuvasına qoyub oradan uzaqlaşır, daha doğrusu, “aradan çıxır”- tüfeyli valideyn kimi. Təsəvvür edirsinizmi, bu “ögey” yumurtadan çıxacaq qu-qunun irsiyyətində nə qədər mənfiliklər gizlənmişdir? Qu-qunun yumurtasından “doğulan” eybəcər balanın xislətində qayğıkeş yuva sahibinə bəlalar gətirəcək nə qədər bəd əməllər olacağı ağlımıza gəlməz, lap həndəvərimizdəki ermənilər kimi... Babalarımız düz deyib: “ot kökü üstə bitər”...
Maraqlıdır, bəzən qu-qu pusqusunda durduğu yuva sahibi - ana quşdan tez yumurtlayır. Onda hiyləgər quş öz yumurtasını başqa yerdə gizlədərək fürsət gözləyir. Yuvanın “sahibə”si yumurtlamağa başlayandan sonra qu-qu öz yumurtasını həmin yuvaya köçürür. Bütün “ağıllı” qanadlıların çox həssas bir xüsusiyyəti də var ki, onlar yuvalarına neçə yumurta qoyub üstündə yatdıqlarını “əzbər” bilirlər, əgər yuvada artıq yumurta varsa, onun yad “qonaq” olduğunu hiss edirlər. Həmçinin, ana quşlar öz yumurtalarını yaxşı tanıyırlar - həm rənginə, həm də böyüklüyünə görə. Amma bədxah qonşularımıza - ermənilərə uyğun davranışı olan qu-qu quşları öz yumurtalarını elə quşların yuvalarına qoyurlar ki, burada bütün yumurtalar həm öçüsünə, həm də rənginə görə bir-biri ilə tam “əkiz”dirlər. Bəs doğma ana quş - yuvanın “xanım”ı yumurtaların sayını “əzbər” bilirsə, niyə artıq yumurtaya yiyə durur? Müftəxor qu-qunun irsən keçmə bicliyində bu da nəzərə alınıb. O, “ögey” yumurtanı yuvaya qoyan zaman yuvadakı “doğma” yumurtalardan birini oğurlayıb yuvadan kənara atır ki, say düz olsun. Xarakterində “tərbiyəsiz”likdən başqa heç nə olmayan qu - qu quşu ana məhəbbəti kimi ali hiss sahibi doğma və qayğıkeş ananı belə aldadır.
Soruşa bilərsiniz ki, bəs niyə ana qu-qu öz yumurtasını başqasının yuvasına qoyur, onun yerinə başqa “ana” nə üçün bala çıxarır, başqa “ata-ana” onu yemləyir, bəsləyir, böyüdür, pərvaz etməyi öyrədir? Ən maraqlısı, ana qu - qu niyə ancaq bir yumurta qoyur? Birincisi, ana qu-qunun “pis yol”a düşməsinə səbəb “ər”inin onun yumurtasını yeməsidir. Ona görə də “ana” yumurtaları “kişi”dən gizlədir. Yenə də tamah, acğözlük, xəyanət, nakişilik öz işindədir, yenə də erməni xisləti. İkincisi, ana qu-qunun döş sümüyü uzun olduğundan yuvada uzun müddət yata bilmir. O ki, qaldı balanın yemlənməsi, bəslənməsi kimi işlərə, burada acgözlük öz təsirini göstərir. Əgər “ata “ ana”nın qoyduğu yumurtanı yeyirsə, “ana” isə gecə-gündüz yeməkdən doymursa, balanı kim böyütməlidir? Niyə qu-qu “ana” özgə yuvaya bir yox, iki-üç yumurta qoymur? O irsi instikti ilə bilir ki, yuvanın qayğıkeş anası iki-üç acgöz “qonağı” və öz doğma “övlad”larını yedirtməyə gücü çatmaz, yem daşımaqdan “bağrı çatlayar” və balaları, ən ümdəsi isə acgöz “qonaq” acından ölər.
Zaman keçir, yuvadakı yumurtalardan balaca, ətcəbala quşcığazlar çıxmağa başlayır. Onlardan birisi çirkin və bədheybətdir, qəribə saqqalı var, qaratoyuğa, bülbülə, alacəhrəyə oxşamır, lap saqqalı ermənilər kimi...
Qu-qunun balası çox tez və sürətlə böyüyür, həddindən artıq qarınquludur. Yazıq qaratoyuq, alacəhrə, bülbül yuvasındakı üç-dörd doğma balasını və qarınqulu “qonağı” necə doydursun? Bütün günü balalarının qulluğunda dayanan ana ancaq uzundimdik, yem üçün haray-həşir salan, boynunu yuxarı qaldırıb ağzını hamıdan tez açan qu-qu balasını doydura bilir. “Qonaq” doyub mışıl-mışıl yatmasa doğmalara yem çatmır. Ona görə də yuvanın əsl balaları yarı ac, yarı tox yaşamağa məhkumdur. Çünki “yad məxluq” iri dimdiyi ilə “ögey ana”nın gətirdiyi yemi birinci qapır. Onun yumurtadan çıxan kimi özünün yemək problemini “məharət”lə həll etməsi genindən gəlir. Bu yekəpər tezcə öz “süd qardaş və bacı”larını iri cüssəsi ilə itələyib yuvadan yerə salır ki, daha çox yem qapsın. Doğmalar nə qədər müqavimət göstərsələr də yuvadakı “qoluzorlu”ya qalib gələ bilmirlər. Yuvadan “yıxılıb” məhv olurlar, artıq ananın gətirdiyi azuqənin şəriki yoxdur. Bu yaşam tərzi erməni xisləti ilə eyni deyilmi?
İstər-istəməz doğma torpaqlarımızdan amansızlıqla, qəddarlıqla, insana xas olmayan yırtıcılıqla qovulan, məhv edilən, dərisi soyulan, körpələri süngüyə keçirilən həmvətənlərimizin başına gətirilən müsibətlər yada düşür. Bu yaxın tariximizin tükürpədən qanlı səhifələrindəndir. Qədim yurd yerlərimizdən - Göyçədən, Zəngəzurdan, Borçalıdan, Qarabağdan və ətraf rayonlardan didərgin salınan insanların qaçqın və köçkün düşməsinin səbəblərini düşünəndə yenə qu-qu quşları yada düşür. Vətənimizin dilbər guşələrində, Bakının mərkəzində yaşayan, yağlı tikəmizi əlimizdən qamarlayıb yeyən, yuxarı eşolonlarda yüksək vəzifə tutan, xaricdə güclü havadarları olan, ən son məqamda şərəfini, namusunu, ismətini səxavətlə pay verməyi bacaran, türkə düşmən olsa da türkdən övlad qazanmağı qənimət bilən xəyanətkar və kəmfürsət ermənilər harınlayaraq həmişə qorxduqları türkləri doğma yurdunda “itələyib” qovdular - lap qu-qu quşları kimi...
Dünyanın qəribə işləri, daha doğrusu, işləkləri varmış. Babalarımızın müdrik sözünü “nə yoğurdum, nə yapdım, hazırca “ana”, yuva, Vətən, qayğı, məhəbbət, bolluca yem tapdım” kimi dəyişmək məcburiyyətindəyəm...
Acgöz qu-qu “ögey süd qardaş və bacı”larını qansızcasına məhv etdikdən sonra yuvanın tək sahibinə çevrilir. Yuvanın əsl sahiblərini “qətl”ə yetirib doğma yuvasını işğal edən “gəlmə” qu- qu balası yuvada cövlan edir, gətirilən bütün “nemət”lərin ortaqları artıq zərərsizləşdirilmişdir. “Qonağ”ın genində bədxah iblis kimi “əyləşmiş” müftəxorluq və tamahkarlıq ona “siqnal” göndərir ki, ananın gətirdiyi qida dörd-beş balaya bəs eləməz. Axı, “ögey övlad” çox iştahlıdır - ermənilər kimi...
Həmçinin qu-qu balası çox iridir, yuvaya ancaq o, yerləşə bilər. Hətta “ögey” balaya “süfrə açan” ana ondan kiçik görünür. Tamam gücdən və əldən düşmüş, yem dalınca qaçmaqdan arıqlamış, bədbəxt, doğmaları gəmiricilərə yem olmuş ana fikirləşmir ki, “ədəbsiz”, hətta gələcəkdə ona da buynuz və dümsük göstərəcək nankor “övlad” böyüdür. Isti və rahat yuvada “padşah balası” kimi naz-nemət içində yaşayan bala qu-qu böyüdükcə xeyirxah, mərhəmətli himayədarına, “tərbiyəçi”sinə “şıllaq” atmağa başlayır, ananı dimdikləyib özündən aralı yaşamağa, didərgin etməyə nail olur. Axı o, yekəpərdir, güclüdür, nankordur, müftə yeyib harınlayıb, gözü ayağının altını görmür. Lap ermənilər kimi...
Imperiya siyasətindənmi, öz günahımızdanmı, taleyimizdənmi bizə bəxşiş edilmiş bədxah qonşularımızla qu-qu quşları arasında müxtəlif müqayisələr aparanda, bu iki anormal məxluqun oxşar və fərqli cəhətlərini götür-qoy edəndə hər iki bədxasiyyət canlının “mənəviyyat”ının 90 - 95 faizinin üst - üstə düşdüyünü görəndə fikir adamı uzaqlara aparır: “ bəlkə ana təbiət biz nadan və nankorları sınağa çəkir? Demək istəyir ki, Vətəninizi, torpağınızı, bir-birinizi sevin, qoruyun, mərhəmətli olun”.
Qonşularına münasibətdə isə ermənilərin və qu-qu quşlarının əməlləri 100 faiz eynidir...
Qu-qu quşları özgələrin zəhməti hesabına nəsil artırırlar. “Ata” və “ana” tüfeylidir. Ermənilər də başqa xalqların hesabına nəsillərini artırmağa, genetikasını “təkmilləşdirməyə” həvəsli olsalar da, həmişə riyakarlıqla və utanmadan genlərinin təmizliyindən ağızdolusu danışırlar. Unudurlar ki, “zor” da, “bala” da, “köçəri” də, “dəmirçi” də köklü-köməcli türk sözləridir.
Nəhayət qu-qu quşları ilə ermənilər arasında bircə fərqli cəhət tapdım. Qu-qular meşələri, bağları, əkin sahələrini milyonlarla zərərverici həşəratlardan, tırtıllardan xilas edirlər. Qu - quların çinədanı yoxdur, onların uzun yem borusu var, sürətli dəyirman kimi işləyən həzm sistemi olduğundan heç vaxt doymurlar. Onlar daim yeməlidirlər.
Tapdığım fərqlilik də “iflas”a uğradı. Axırda yenə acgözlük, qarınqululuq kimi xasiyyətlər ortaya çıxdı. Qu-qu quşları barədə nə isə müsbət cümlə yazmaq istəyim nəticəsiz qaldı. Qələmim bəd niyyətdən, oğurluqdan, hiyləgərlikdən, vəfasızlıqdan, çətinə düşəndə sürüşüb aradan çıxmaqdan, arxadan zərbə vurmaqdan başqa yazmağa heç nə tapmadı. Həmin xislətlərin hamısı ermənilərə də xas əxlaq normasıdır...
Qu-qu quşları qanadlıların erməniləriymiş...
Ancaq acgöz qonşudansa, ac quş yaxşıdır...
VAQİF OSMANLI
"Oxunan dualar" kitabından. 2016