Adil Şirin : - YENƏ QAR YAĞIRMI

Ədəbiyyat 10:31 / 15.11.2024 Baxış sayı: 480

 

Qanadlı quş olum, Allah, bəlkə mən,

Uçub gedim burdan çox uzaqlara.

Dəli könlüm çərxi fələyə düşmən,

Yenə qar yağırmı bizim dağlara?

 

Qarlı gündə tüstülənsin bacalar,

Kənd yolundan bir at keçsin dördnala.

Cavanlığın yada salsın qocalar,

Seylon çayı soyusun bala-bala.

 

Ovçuları geri dönsün bu yurdun,

Bu ana duası, bu at, bu yəhər...

Dağ başında Aya baxan boz qurdun,

Qanlı gözlərində açılsın səhər...