Kəramət : - İT PSİXOLOQU

YAZARLAR 09:01 / 15.11.2024 Baxış sayı: 480

 

YAZIYA POZU VAR

...iki dəfə yazdığımı pozdum, üçncüyə cəhdim əks düşüncədən qaynaqlı

Məndən sənə uzanan baxışlarımın uzunluq ölçüsü duyğu-düşüncə sahəsində. Biz hansı duyğu-düşüncə ərazisinə aidiksə ordayıq.

Biz o virtuala köçmüşük, köçürülmüşük, xəbərimiz yoxdu. Xəbərimiz yoxdu, ona görə ki, heçnəyin fərqində deyilik.

Əfqanıstana göndərilən MİNAAXTARANHHolland iti (ləri) təyyarəyə minməyib, anlaşılmayanda İT PSİXOLOQU aydınlaşdırıb ki, onlar hara, nə üçün aparıldıqlarını duyur-bilirlər, ona görə bir ağızdan hürür-üsyan edirlər.

Nə qədər əzabverici də olsa..ŞƏRQ-MÜSƏLMAN ÖLKƏLƏRİ YAŞAMAQ ÜÇÜN YARARLI DEYİL.

Həmişə yaddaşımda nəsə "alarm" verəndə...hə, təyyarədə yanaşı oturduğum yapon qonşumun telefonu "yaponca" səsləndi...Nəsə bir-iki düyməni basdı və stuardessaya nəsə dedi , gülümsədilər.

Maraqlandım.

_Evdə krant açıq qalıb , su axırmış, bu da unudubmuş, "xəbər gəlib" ki, telefona unutmusan, su açıq qalıb, o da telefonla suyu bağladı,-dedi stuardessa.

Beynimdə ildırım çaxdı, illər öncəydi..

-Sən mənə o 25 evroluq viskidən gətir, stuardesssa...

CANIMI YAŞADIĞIM ZAMAN-MƏKANDAN ATMAĞIM GƏLİR.

İtlər daha mina axtarmır.