Kamala Abiyeva Aydın Qızı - Tanrı bizdən üz döndərmə,
Tanrı bizdən üz döndərmə,
hərdənbir bax üzümüzə.
Bizə belə cəza vermə
hərdən görün gözümüzə.
Gözəgörünməzsən deyib,
kor elədik gözümüzü.
Nə etsək adına yazdıq,
kənar çəkdik özümüzü.
Qənim olduq yaxşılara,
çəkiləsi dərd deyilik.
Özün qoru yaxşıları
biz elə də mərd deyilik.
Hər günaha səhvdi deyib
Məzlum məzlum əhv dilədik.
Sən bizi bağışladıqca
Durmadan günah elədik...