Fərhad Tapdıqoğlu - Damdı
( miniatür)
Kasıbın yaşadığı ,qəpik-qəpik yığdığı pulla tikdirdiyi bir dam-dı( evdi)...
Dam da gözəl,dam-ın dam-ı da gözəldir.
Kasıba dedilər:
--Nə gözəl dam-dı.
Kasıb dedi:
---Layihəni verən mənim qu-damdı.Qu-dam zövqlüdür,həm də savadlı a-damdı.
...Dam-a baxıb ,həsəd aparan dam-a -dam-a pencək geyən paxll birisi dam-a -dam-a xəttləri olan bloknotunda dam-ın eskizini çəkirdi.Çəkdi...
Çəkdiyi kasıbın yaşadığı dam-dı...
Paxıllıqdan gözlərinə qan dam-dı paxılın...
Kasıb dama-dama şalvarlı paxılı gördü.
Ürəyinə damdı:" nəsə xoşagəlməz hadisə olacaq".
...Bərk külək əsdi.Külək dam-ın dam-ının bir neçə örtüyünü atdı ...Sonra güclü yağış başladı...dam dam-dı...
...Dam-ın yiyəsi kasıb a-damdı.
Kasıb,ay kasıb ...
P.S.Bir müddət sonra kasıb uşaqların boğazından kəsib,dam-ın dam-ını təmir elətdirdi.
...Paxıl gözlərə yenə qan dam-dı ...