TƏZƏ PAYIZ - Ələddin Əzimli

Ədəbiyyat 09:10 / 16.12.2025 Baxış sayı: 607

 

 

 

Xatırlayırsanmı,

hər payız

bir şeir yazardım,

həsrət, nəm qoxuyan

islaq saçlarına?

Yenə də köklənmişəm,

buludtək kövrəlmişəm.

Görən,

yaza biləcəyəmmi

bu ilin payız şeirini?

Sən

yaxşı bilirsən,

çox çətindir

hər il təzə şeir yazasan

təzə payıza

nəmli, islaq günlərimizə...

Sonra da

itib batasan,

azasan bu şəhərin

yağış qarışıq, qarmaqarışıq,

sopsoyuq küçələrinin birində.