Ağaevli Əli Hacı - Haqq itirib yolda məni !
Yol getdikcə ağır gəlib,
Qəm çəkdikcə ağıl gəlib.
Oxşamağa axır gəlib,
Söz götürüb yoldan məni !
Şər doğulub axşam-axşam,
Ocağımda qovrulmuşam.
Düzümdə azıb qalmışam,
Dağ gətirib yoldan məni !
Cığırı da yol bilmişəm,
Boyuna sevgi vermişəm.
Vaxtı günçün öldürmüşəm,
Gün ötürüb yolda məni !
Çəkərəm yolun ağrısın,
Solumnan sağın ağrısın.
Sən də sev,sinən ağarsın
Eşq bitirib yolda məni !
Gecəmizdən ta sabaha,
Yolu ölçmüşəm Allaha !
Ömür biçmişəm Allaha,
Haqq itirib yolda məni !