Bəhram Bilaloğlu - Gəlmişəm dünyaya ibadət edim.

Ədəbiyyat 16:35 / 16.12.2025 Baxış sayı: 1126

Solmayan ümidəm, yolum İlahi,

Gəlmişəm dünyaya ibadət edim.

Qırıq qanadları sağaltmaq üçün,

İzin ver, şəfaya sirayət edim.

 

Ruhun dəvasıdır yolunda bitən,

Bir ömür axtardım, nə idi itən?!

Allahın aşağı qoluna yetən,

Yetdiyin o yerə ziyafət edim.

 

Qopmasın gözündə nə tufan, nə dağ,

Kök atsın ağaclar, tökməsin yarpaq.

Yazın gəlişinə yaşıllanan bağ,

Dəvətin qoy alım, ziyarət edim.

 

Bülbül bənövşədən ilhamın alsın,

Çağırsın təbimi, şerimə dalsın.

Gözlər vəsf eyləsin, gözümdə qalsın,

Çağırım gözümü, mən söhbət edim.