Ələddin Əzimli - TƏNHALIQ

Ədəbiyyat 18:00 / 16.12.2025 Baxış sayı: 668

 

"Sözlərdəki sən"dən

 

Gözlərindən sezirəm

Tənha yaşadığını.

Gecələri səhərə

Yalqız daşıdığını.

 

Bir az dincəl, sakitləş,

Şıltağlığı yığışdır.

Səs-küyə fikir vermə,

Çöldə külək, yağışdır.

 

Qəlbində baş verənlər,

Sanki, alın yazısı.

Cürət edib kim onu

Ordan silib-pozası.

 

Qəlbin gözə yola var,

Bu həmin tənhalıqdr.

Yatanda, duranda da

Səninlədir, oyaqdır.

 

Hərdən düşünürsən ki,

Yorub səni bu acı.

İnan, öz əlindədir

Hər ağrının əlacl.