Aləmzər Sadıqqızı - Məni sənə götür...

MÜSAHİBƏ 10:27 / 16.12.2025 Baxış sayı: 753

 

Daha şeir yazmıram,

Qəm yazıram, İlahi.

Sən göndərən sevgini,

Mən pozuram, İlahi!

 

Məni sən görən kimi,

Görməyəni neyləyim?

Bir halımı, xətrimi,

Sormayanı neyləyim?

 

Səndən özgə biri yox,

Sevib, sara könlümü...

Görürsən necə yıxır,

Mənim yara könlümü!

Adam da öz əliylə ,

Qurduğunu dağıdar?

Gör nə günə qoyubdu,

Qəlb evimi "yağılar"...

Sən bilirsən Əzizim,

Ona dualarımı...

 

Hər gün necə sarıram,

Mənsiz yaralarını.

Şikayət etmirəm ha,

Sənə ərk eləyirəm.

Görürsən aglamıram,

Həsrəti ələyirəm...

 

Səndən istəyim nədir?

Yazıram bircə sətir...

Ya onu mənə gətir,

Ya məni sənə götür!

16.12.2024.