Əbülfət Mədətoğlu -  QİSMƏT  OLSUN

Ədəbiyyat 08:40 / 15.12.2025 Baxış sayı: 478

Düyün salıb kiprikləri

Göz yaşımın ağırlığı...

Sənə bir az  yad görünür -

Baxışımın fağırlığı!..

 

Gah əlimin arxasıyla,

Gah ovcumun içi ilə

Kipriyimin düyünlərin -

Açıram mən, silə-silə...

 

 

Həyatımın bir naxışı

Qəmi   nəmkən sıxıb sərmək...

Bu  həyatın    xoş baxışı -

Ürəyimdən dərdi dərmək!...

 

Bu  ömür-gün - bir  içim su,

Bax üzümə  - gözünü  yu!..

ŞAİR!- dediyin  bəndə bu -

Qismət  olsun , bir də görək!