Əbülfət Mədətoğlu - OVQAT ŞEİRİ

Ədəbiyyat 09:35 / 14.12.2025 Baxış sayı: 1124

Bir kədərdən sıyrıldım -

Düşündüm daha sondu...

Unutmuşdum sayını -

Baxıram, indi ondu!

 

Dadı qaçıb meyin də,

Tükənibdi heyim də...

Sevinc nimdaş geyimdə -

Kədər qırmızı dondu!

 

Gör necə inadlanıb

Sevgi də DİN adlanıb!

Səssizcə qanadlanıb -

Gəlib çiynimə qondu!