Saqif Qaratorpaq - Axşam düşüb...bir həsrətə
Axşam düşüb...bir həsrətə
Mən qonağam hələ ki.
Sən neçənci yuxudasan?
Mən oyağam hələ ki.
Vaxt uzanır...Ay işığı
Gözlərimdən nəm çəkir.
Əllərimi yandırmışam,
Nəyi çəksə kəm çəkir.
Hər ağrını tək çəkərəm,
Danışmaram heç kimə.
Gözü yolda qalanım var,
Getdim,məndən incimə.
12.11.2025.