Fərhad Tapdıqoğlu - Heç kəs bilmir nə gələcək başına

YAZARLAR 11:50 / 15.12.2025 Baxış sayı: 626

 

Dialoq-söhbət

 

--Salam,xoş gördük.Nə var,nə yox?

--Əleyküməsalam.Xoş gününüz olsun.Şükürlər olsun salamatlıqdır.Bəs

Sizdə vəziyyət necədir?

---Ehh,dostum.O qədər iş gəlir adamın başına.Hansını deyim?

--De ,danış.

--Oğlumun bir maşın gəlib xoşuna.Gedib onu alıb özbaşına.Sən demə maşının defekti var imiş.Satan adam da yoxa çıxıb,tapa bilmirik.Oğlum iş açıb öz başına.

--Fikir eləmə ,tapılar inşallah.İş gələr kişinin başına.

--Təki tapılsın ,görək də.Sənin oğlanların nə işlə məşğuldur?

---Mənim də kiçik oğlum orta məktəb şağirdidir,oxumur, fırlanır boş -boşuna .Mən də deyirəm "bala, görürsən qonşumuz Səlimin oğlu ali məktəbi bitirəndən sonra keçdi vəzifə başına.

Ağlını yığ başına,oxu bala,indidən çarə qıl başına"

--Sənin bir oğlun da var məncə.

--Həə,böyüyü İşləyir.

Dönüm bütün ağıllı balaların başına.

Bu yaxınlarda onun istədiyi qıza elçi getdik.Razılıq aldıq ,nişanladıq.Adətimzlə bir qoç da apardıq qız evinə,qırmızı lent də bağladıq qoçun başına.İnşallah toyları olsun ,pirə də aparacağıq ki,hərlənsinlər ocağın başına. Toya səni də dəvət edəcəm.Oğlumun sağ əli subay balaların başına.

-- Mən qızımın toyunu xatırladım.Onu gəlin köçən günü çırağın başına hərlədəndə kövrəldim ,göz yaşlarımı saxlaya bilmədim.

--Necə dolanırlar? Kürəkənin işləyir?

--Həə,iş adamıdır,kiçik biznesi var.

Qızım da şükürlər olsun getdiyi evdə hörmət qazanıb.Qaynanası fırfıra kimi fırlanır başına.

---Əvvəllər deyərdilər ki,gəlin qaynatasından ,qayınlarından gərək yaşına,yaşmaq taxa.Amma indi?

--Yaşmaq dedin.Yaşmaq elə korona,pandemiya vaxtı taxılan maskadır də.Vallah o illər camaatı başlı -başına buraxsaydılar nələr edərdi korona? Ona görə də maska məcburi idi .

--Elədir.Deyirəm dədə-babadan hörmət qoyublar insanın yaşına.Amma qonşuluqda bir gəlin var min oyun açır ərinin də,böyüklərin də başına. Ərinə deyir" kül sənin kişi başına".Məhlədə də həyasızlıq edir.Necə deyərlər "tumanını atır başına",o söyüşlər,qarğışlar qalmır ki, qonşu arvadlara yağdırmasın.Birdən səsi götürür məhləni başına...

Bir dəfə o gəlinin balkondan ( eyvandan ) tolazladığı zibil düşmüşdü həyət adamlarının başına...

--Söhbət məhlədən ,qonşulardan düşmüşkən,mənim bir qonşum var ,əlli yaşı adlayıb,rəng qoyur başına.

Müğənnilər rəng qoyur,onları başa düşürük.Bu kişi evdə oyun açır arvadının başına. Arvad da ona "alee" eləyir və deyir ki,"ələ başına,kül başına".Kişi də ona"yenə yığışıb bacıları başına"deyir.Bir də görürsən ki,başına rəng qoyan həmin adam binanın giriş qapısının ağzında maşınını yuyur.

Deyirəm ki,"a kişi,yer qəhətdir başına,get kənarda yu də".Kimə deyirsən,hələ yüksək səslə maqnitofon da oxudur:"Dolanım başına,dolanım".

"Endim bulaq başına,

Bir qız çıxdı qarşıma.

Sevda nədir,bilməzdim,

O da gəldi başıma"

İnsanın hərəkətləri uyğun gəlməlidir yaşına.

Belə getsə, Vallah hava da gələr bəzi qonşuların başına.

---Belə pis qonşuların daş düşə göydən başına...

Mənim qonşularım yaxşıdırlar.

---Vallah ,bəxtəvər sənin başına.

---Deyirəm 90-cı illərdən üzü bəri nələr gəldi xalqımızın başına.Bu günümüzə şükürlər olsun.

--Bəli,hərbçilərimizin dönüm başına.Torpaqlarımızı işğaldan azad elədilər.Allah qazilərimizə şəfa versin.Allah şəhidlərimizə rəhmət eləsin.Şəhid anaları hələ də qara bağlayır başına...

---Gərək qazilərimizin ,şəhid analarının hörmətini hər kəs saxlaya,necə deyərlər "fırlana başına"...

---Yaxşı artıq gecdir ,ssğollaşaq.Səhər -səhər bir tanış qonaq eləmişdi məni malın başına,yəni xaşına.Gedim görüm arvad axşama nə bişirib?

--Get ,qardaş get.Mən də bir az gəzib qayıdıram evə.

Mən olmasam ,heç kəs keçməz stolun başına( o yer mənim yerimdir)

---Xöşbəxt o kəslərdir ki,hər axşam yığa ailəsini başına .

Heç kəs bilmir nə gələcək bir azdan başına...